“Neftçi” üç legioner futbolçu ilə əməkdaşlığa son qoyub.
Klubdan "Unikal"a bildirilib ki, Vensan Abubakar, Edvin Kuç və Kristian Kostin ilə başa çatan müqavilələr yenilənməyib.
2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, Premyer Liqada meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla, ortalama qol sayına görə 2025/2026-cı illər mövsümünün ən yaxşılarındandır.
2024-cü ilin yayında heyətə cəlb olunmuç Kuç Bakı təmsilçisində 44 rəsmi oyun keçirib, 1 qol vurub. Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyinib.





.jpeg)





















.webp)
.jpg)



_1771938671.jpeg)



















