"Netflix"in məşhur "Virgin River" serialındakı rolu ilə tanınan 45 yaşlı aktyor və prodüser Stüart Maklin Kanadada ölü tapılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 15 maydan bəri itkin düşən məşhur aktyor Vankuver yaxınlığındakı Lions Körfəzi ərazisində tapılıb.

Maklinin ölümünün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.