Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp bu gün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə telefonla danışıb.

"Unikal" xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində məlumat yayıb.

Bildirib ki, zəng zamanı İranla sülhə dair Anlaşma Memorandumu ilə bağlı bütün məsələlər müzakirə olunub.

“Saziş əsasən razılaşdırılıb və prosesin ABŞ, İran və digər ölkələr arasında tam yekunlaşması həyata keçirilir. Ayrıca İsrailin Baş naziri Benyamin Netanyahu ilə də çox yaxşı danışıq apardım. Sazişin son aspektləri və təfərrüatları hazırda müzakirə edilir və tezliklə açıqlanacaq. Hörmüz boğazı da açılacaq”,- deyə Tramp bildirib.