Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzası nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.
“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - məlumatda deyilir.

























































