Azərbaycan Muaytay-Tayboks Federasiyasının növbəti ümumi yığıncağı keçirilib.

"Unikal" xəbər verir ki, yığıncağa eyni zamanda onlayn şəkildə ictimai birliyin rəsmi üzvləri qoşulub.

Yığıncağın gündəliyində duran əsas məsələlərdən biri federasiyada struktur dəyişikliklərinin həyata keçirilməsi olub. Müzakirələr zamanı federasiyanın gələcək fəaliyyəti, inkişaf istiqamətləri və idarəetmə strukturu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

İclas çərçivəsində Araz Musayevin yenidən federasiya prezidenti seçilməsi məsələsi səsverməyə çıxarılıb. Ümumi yığıncaq iştirakçılarının böyük əksəriyyətinin dəstəyi ilə Araz Musayev 23 may 2026-cı il tarixindən etibarən Azərbaycan Muaytay-Tayboks Federasiyasının prezidenti seçilib.

Eyni zamanda struktur dəyişiklikləri ilə bağlı məsələlərin müzakirəsi zamanı İdarə Heyətinin üzvü Azər Həsənsoy idarə heyətinin üzvlüyündən kənarlaşdırılıb, onun yerinə Şəhriyar İsayev seçilib.

Yığıncaqda həmçinin, ictimai birliyin Nəzarət-Təftiş Komissiyasının yaradılması barədə qərar qəbul olunub. Komissiyanın üzvləri Aras Pirməmmədov, Kamil Həsənov və Xəyyam Həsənov seçiliblər.

Federasiyanın inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirərək Araz Musayevə və yeni formalaşmış idarəetmə heyətinə qarşıdakı fəaliyyət dövründə uğurlar, möhkəm iradə və böyük nailiyyətlər arzulayırıq.