Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Xanlar Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə 1989-cu il təvəllüdlü Turan Hüseynovun idarə etdiyi “Mercedes Sprinter” markalı maşın toqquşub. Nəticədə “VAZ 2107”nin sürücüsü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.