Lənkəranda maşın piyadanı vuraraq öldürüb.
"Unikal" xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhəri istiqamətində hərəkətdə olan, Nicat Soltanzadənin idarə etdiyi "KİA Sorento" markalı nəqliyyat vasitəsi, piyada Şağlaküçə kənd sakini 1965-ci il təvəllüdlü Xəzər Fərhad oğlu Şükürovu vurub. Bundan sonra nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz dayanan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb. VAZ markalı minik avtomobili yoldan çıxaraq dirəyə dəyib.
Qəza nəticəsində piyada və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
61 yaşlı kişinin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Ona müvafiq tibbi xidmətlər göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev

























































