Ukrayna ordusunun Luqanskdakı Starobilsk kollecinə PUA hücumu nəticəsində ölənlərin sayı 16-ya çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yataqxananın dağıntıları altından daha dörd nəfərin meyiti çıxarılıb, 42 nəfər yaralanıb.

Dağıntılar altında 5 nəfərin qaldığı bildirilir.