Tanınmış amerikalı reper Rob Beys 59 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə musiqiçinin instaqram səhifəsində məlumat paylaşılıb.

Reperin xərçəng xəstəliyi səbəbindən öldüyü bildirilib.

Qeyd edək ki, R.Beys 1988-ci ildə ifa etdiyi "It Takes Two" mahnısı ilə böyük populyarlıq qazanıb.