“Mançester Yunayted” komandanın müvəqqəti baş məşqçisi Maykl Kerriklə bağlı qərarını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Mançester Yunayted” Kerrikin gəlişindən sonra böyük irəliləyişə nail olub. Komanda onun rəhbərliyi altında Premyer Liqada üçüncü sıraya yüksəlib. “Qırmızı şeytanlar” yeni mövsümdə Çempionlar Liqasında iştirak edəcək. "Mançester Yunayted" son dəfə Çempionlar Liqasında 2023/2024 mövsümündə iştirak edib.