Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimləri iyun ayında keçiriləcək yoldaşlıq oyunlarına təyinat alıblar.
"Unikal" xəbər verir ki, Əliyar Ağayev Minskdə Belarus və Suriya yığmaları arasında keçiriləcək matçın baş hakimi olacaq. Ona yan xətt hakimləri Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər.
Digər FIFA referimiz Tural Qurbanov isə Kişineuda Moldova - Bolqarıstan oyununda ədaləti qoruyacaq. Həmin qarşılaşmada yan xətt hakimlərindən biri Cəmil Əliyev olacaq.
Qeyd edək ki, hər iki görüş iyunun 5-də keçiriləcək.





























.webp)






.jpeg)












.webp)



.jpg)


