Pakistanın Ordu Qərargah rəisi, feldmarşal Seyid Asim Munir Tehrana gəlib.

"Unikal" xəbər verir ki, Muniri hava limanında İranın daxili işlər naziri Eskandar Momeni qarşılayıb.

İran mediasının məlumatına görə, Pakistan feldmarşalının səfərinin məqsədi İran və ABŞ arasında davam edən danışıqları müzakirə etməkdir.

Pakistan mediasının məlumatına görə, Munir səfəri zamanı İranın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək. Bu, İslamabadın müharibəyə birdəfəlik son qoymaq üçün vasitəçilik səylərini gücləndirdiyi bir vaxtda onun Tehrana ikinci səfəridir.