ADY-nin Bakı–Tbilisi–Bakı qatarında 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuz, 5–10 yaş arası uşaqlar isə səyahət sinifi, alış tarixi və mövsümdən asılı olaraq 50%-dək endirimlə səfər edə bilərlər.

"Unikal" xəbər verir ki, bu barədə ADY-nin məlumatında deyilir:

Əsas qaydalar belədir:

- 5 yaşadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmiləşdirilməlidir.

- ⁠Uşaqla səyahət etibarlılıq müddəti olan pasportun əsasında aparılır. Uşaq 1 valideynlə səyahət edirsə, digər valideynin və ya digər böyüklə (valideynsiz) səyahət edirsə, hər 2 valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi təqdim olunmalıdır.

Qeyd edək ki, biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.