Goranboyda güllələnmə hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, rayon sakini 1952-il il təvəllüdlü Qələndər Muradov 1995-ci il təvəllüdlü Orxan Həsənov tərəfindən odlu silahdan açılan atəşlə öldürülüb.

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində O. Həsənov saxlanılıb.

O.Həsənovun əqli qüsurlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.