NATO-nun baş katibi Mark Rutte Ukrayna lideri Volodimir Zelenskini Türkiyədə keçiriləcək hərbi blokun zirvə toplantısına dəvət edib. 

"Unikal" xəbər verir ki, Şimali Atlantika Alyansının rəhbərinin sözlərinə görə, Zelenski tədbirdə iştirak edəcəyinə söz verib.

Növbəti NATO sammiti 7-8 iyul tarixlərində  Ankarada keçiriləcək.