Mingəçevirdə sərnişin avtobusu piyadanı vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, 5 saylı marşurut üzrə hərəkət edən avtobus piyada Tağıyev Elşən Arzuman oğlunu vuraraq ona xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov