Rusiya tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.

"Unikal" xəbər verir ki,  bu barədə TASS agentliyi onunla bağlı cinayət işinin materiallarına istinadən məlumat yayıb.

2025-ci il dekabrın 22-də Moskva məhkəməsi Kasparov barəsində onun Rusiyaya ərazisinə ekstradisiyası və ya deportasiyası halında hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan və ya ölkədə faktiki saxlanıldığı andan etibarən iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, şahmat üzrə keçmiş dünya çempionu ötən il Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib. Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub. O, 13-cü dünya şahmat çempionu, səkkizqat Olimpiada qalibidir və dəfələrlə beynəlxalq mükafatlar qazanıb.