Pakistan ABŞ və İran arasında müharibəyə son qoymaq üçün “yekun sazişə dair müəyyən irəliləyiş” olduğunu təsdiqləyib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Pakistan ordusunun baş komandanı feldmarşal Asim Munir Tehrana səfərinin başa çatmasından sonra açıqlama verib.
O qeyd edib ki, son 24 saat ərzində aparılan intensiv danışıqlar yekun anlaşmaya doğru irəliləyişi təşviq edir.
Tehrana son həftələrdə ikinci dəfə səfər edən Munir İslamabadın regional eskalasiya fonunda gərginliyin azaldılması və konstruktiv əməkdaşlığın təşviq edilməsinə yönəlmiş vasitəçilik səylərinin bir hissəsi olaraq, İran Prezidenti Məsud Pezeşkian, Tehranın baş müzakirəçisi Baqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və başqaları ilə görüşlər keçirdiyini bildirib.
ABŞ Dövlət katibi Marko Rubio da Yaxın Şərq münaqişəsinin danışıqlar yolu ilə həlli üçün davam edən səylərdə “müəyyən irəliləyiş” olduğunu bəyan edib.

























































