Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi olub.
"Unikal" "Yeni Sabah"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, qurumun “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli vəzifəsindən azad olunub.
Digər əmrlə o, agentliyin Layihələndirmə və texniki ekspertiza departementinin Texniki-iqtisadi əsaslandırma və texniki şərtlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Xatırladaq ki, V.Nəsirli ötən ayın əvvəlində Xırdalan şəhərində yerləşən “Azəryolelmitədqiqatlayihə” İnstitutunda və onun tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.











.jpeg)
























-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279.jpg)



.jpg)



.jpg)










