Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin müqaviləsinin müddəti uzadılıb.

"Unikal" xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb. İtaliyalı mütəxəssis 2030-cu ildə keçiriləcək dünya çempionatının sonunadək yığmaya rəhbərlik edəcək.
Qurumun yaydığı rəsmi bəyanatda təcrübəli məşqçinin fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, 66 yaşlı mütəxəssisin rəhbərliyi altında Braziliya yığması ümumilikdə 10 matç keçirib. Bu görüşlərin 5-də "sambaçılar" qələbə qazanıb, 2-də heç-heçə edib və 3 dəfə meydanı məğlub tərk ediblər.