ABŞ Sərhəd Patrul Xidmətinin rəisi Maykl Benks istefa verib.

"Unikal" xəbər verir ki, Daxili Təhlükəsizlik Departamentində son rəhbərlik dəyişikliyi immiqrasiya siyasətinin sərtləşdirilməsi ilə əlaqələndirilir.

Belə ki, Prezident Donald Tramp ABŞ-də qanunsuz immiqrantların həbsini gücləndirib və qanunsuz sərhəd keçidlərinin qarşısını alıb.

O, həmçinin 2025-ci ildə vəzifəyə başlayandan bəri yüz minlərlə immiqrantın statusunu ləğv edib.