Çin təhlükəsizlik xidməti ABŞ Məxfi Xidmət agentinin ABŞ Prezidenti Donald Trampın Çin prezidenti Si Cinpinlə ikitərəfli görüşü zamanı silahla Pekindəki Cənnət Məbədinə girməsinin qarşısını alıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb. 

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, təhlükəsizlik qrupu Məxfi Xidmət agentinin silahla məbədə girməsinə icazə verməkdən imtina etdikdən sonra, ABŞ və Çin rəsmiləri arasında "gərgin müzakirə" səbəbindən tədbir yerinə giriş təxminən yarım saat təxirə salınıb. 

Məlumata görə, sonda hər iki tərəf arasında kompromis əldə edilib. 

Ağarza Elçinoğlu