Asiya İnkişaf Bankı ilə Arkas Holding arasında Türkiyənin dəniz logistikası və liman infrastrukturunun gücləndirilməsi məqsədilə 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.
"Unikal" xəbər verir ki, bu, ADB-nin 2025-ci ilin oktyabrında Türkiyədə fəaliyyətə başlamasından sonra özəl infrastruktur sahəsində həyata keçirdiyi ilk maliyyə layihəsidir.
Ayrılan vəsait “Arkas Group”un səkkizillik investisiya proqramının maliyyələşdirilməsinə yönəldiləcək. Layihə çərçivəsində gəmi donanmasının yenilənməsi, logistika imkanlarının genişləndirilməsi və liman infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.
Bildirilir ki, investisiya Qara dəniz və Aralıq dənizi marşrutlarında yükdaşımaların səmərəliliyini artıracaq, ticarət əlaqələrinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına və iqtisadi artımın sürətlənməsinə töhfə verəcək.
ADB-nin Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Leya Qutyerres bildirib ki, iri logistika holdinqi ilə əməkdaşlıq bankın Türkiyədəki ilk infrastruktur investisiyası baxımından strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihə Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz boyunca ticarət rəqabətqabiliyyətliliyinin artırılması və regional əlaqələrin gücləndirilməsi məqsədlərinə xidmət edir.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası kimi tanınan Orta Dəhliz Çinlə Avropanı Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən birləşdirən beynəlxalq yük marşrutudur.
Qazaxıstan Nəqliyyat Nazirliyinin statistikasına əsasən, marşrut üzrə yükdaşımaların həcmi son illərdə sürətlə artıb. Belə ki, 2024-cü ildə Orta Dəhliz vasitəsilə 4,484 milyon ton yük daşınıb.
Türk Dövlətləri Təşkilatı isə 2025-ci ildə marşrut üzrə yük həcminin 4,7 milyon tona çatdığını açıqlayıb. Proqnozlara görə, 2027-ci ilə qədər Orta Dəhlizin illik buraxılış qabiliyyəti 10 milyon tona yüksələ bilər. Bu isə Azərbaycanın tranzit imkanlarının genişlənməsi və yeni infrastruktur investisiyalarının cəlbi baxımından mühüm hesab olunur.






-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279.jpg)












.jpg)















.webp)














.jpg)



