Azərbaycanda kənd yollarının təmiri və yenidən qurulması istiqamətində işlər aparılacaq.

"Unikal" xəbər verir ki, sözügedən məsələ Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə öz əksini tapıb.

Sənəddə bildirilib ki, infrastruktur layihələri çərçivəsində kənd yollarının təmiri və yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcək.