Pakistan yerüstü bazaya malik yüksək dəqiqlikli “Fatah-4” qanadlı raketinin uğurlu sınağını həyata keçirib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarəsi məlumat yayıb.
Müasir avionika və naviqasiya sistemləri ilə təchiz olunan “Fatah-4” uzaq məsafədəki hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malikdir.
Raketin buraxılışının əsas məqsədinin qoşunların operativ hazırlığının yoxlanılması və raketin texniki sistemlərinin sınaqdan keçirilməsi olduğu qeyd edilib.
“Fatah” raketlərinin 120 km və 750 km mənzilli modifikasiyalarının əvvəlki sınaqları 2025-ci ilin may və sentyabr aylarında Hindistan və Pakistan arasında gərginlik fonunda keçirilmişdi.







.jpg)


-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279.jpg)












.jpg)















.webp)














