"Biz Çindən kömək istəmirik. Onların köməyinə ehtiyacımız yoxdur".

"Unikal"ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio “NBC News”a verdiyi müsahibədə deyib.

O, Çində yüksəksəviyyəli görüşdə Trampın İran məsələsini müzakirə etdiyini, lakin Çindən kömək istəmədiyini vurğulayıb. Çinin İranın nüvə silahına sahib olmaması məsələsində ABŞ ilə razılaşdığını və görüşlərdə bunun müzakirə edildiyini bildirib.

O əlavə edib ki, Çin tərəfi görüşlərdə Hörmüz boğazının hərbiləşdirilməsinin və ödəniş sisteminin tərəfdarı olmadığını bəyan edib.