Azərbaycan İdman Akademiyasında (ASA) “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhər mühitində idman: Fiziki fəallıq və idman imkanlarının inkişafı” (Sport in Urban Environment: Development of Physical Activity and Sports Opportunities) adlı Beynəlxalq Elmi Simpozium keçirilib.
"Unikal" xəbər verir ki, simpoziumun məqsədi şəhər mühitində fiziki aktivliyin artırılması, sağlam həyat tərzinin təşviqi, idman infrastrukturlarının inkişafı, urbanizasiya şəraitində idmanın sosial və iqtisadi təsirlərinin araşdırılması, həmçinin bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsinin aparılması olub.
Açılış mərasimində ASA-nın rektoru Fuad Hacıyev çıxış edərək şəhər mühitində idmanın inkişafı, fiziki fəallığın təşviqi və beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Xarici universitetlərin nümayəndələrinin də məruzələrlə çıxış etdiyi simpozium panel sessiyalarla davam edib. İştirakçılar şəhər mühitində idmanın inkişafına dair elmi-praktik yanaşmalarını təqdim edib.






.webp)














.jpg)






.png)




.png)
















