Ermənistan silahlı qüvvələrinin üçüncü ordu korpusunun sabiq komandanı, general-mayor Qriqori Xaçaturova qarşı cinayət işi məhkəməyə göndərilib.

"Unikal" xəbər verir ki,  bu barədə Ermənistan mətbuatı yazıb. 

 

Məhkəmə Qriqori Xaçaturovun həbsinə qərar verib, lakin o, ölkədən kənardadır. Bu səbəbdən Xaçaturov axtarışa verilib. 

Ermənistan Baş prokurorluğunun məlumatına görə, Qriqori Xaçaturov Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentinin qanunsuz yolla əldə edilən daşınmaz əmlakın qanuniləşdirilməsi və külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.