ABŞ prezidenti Donald Tramp Çin və "bütün dünya naminə" Hörmüz boğazını "birdəfəlik" açacağını açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə "Truth Social" səhifəsində yazıb. 

"Çin mənim Hörmüz boğazını birdəfəlik açmağımdan çox məmnundur. Mən bunu onlar və dünya üçün edirəm. Bu vəziyyət bir daha təkrarlanmayacaq. Onlar İrana silah verməmək barədə razılığa gəliblər", - Amerika lideri qeyd edib.