Türkiyənin Kahramanmaraş şəhərində baş verən atışma nəticəsində ən azı dörd nəfər ölüb, 20 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə "NTV Haber" məlumat yayıb.
Atışmada üç şagird və bir müəllimin öldüyü bildirilir. Vilayət qubernatoru Mükerrem Ünlüerin sözlərinə görə, yaralılardan dördünün vəziyyəti ağırdır.
Hücum eyni məktəbdən olan bir şagird tərəfindən törədilib.
***15:08
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərdən birinə silahlı hücum edilib.
"Unikal" xəbər verir ki, Ayser Çalık Orta Məktəbinə edilən silahlı hücum nəticəsində ölən və 6 yaralının olduğu deyilir.
Hadisə yerinə çox sayda polis və tibb qrupları cəlb olunub.
Qeyd edək ki, ötən gün Şanlıurfa vilayətinin Siverek rayonundakı Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində keçmiş şagird ov tüfəngi ilə hücum törətmişdi. Nəticədə ümumilikdə 16 nəfər yaralanıb.
Ağarza Elçinoğlu
#Kahramanmaraş'taki Ayser Çalık Ortaokulu'nda silahlı saldırı düzenlendi. Kahramanmaraş Valisi Mükerrem Ünlüer, saldırıda bir kişinin hayatını kaybettiğini açıkladı. Olayda 6 kişinin de yaralandığı bildirildi.#ayserçalık #mükerremünlüer #silahlısaldırı #ortaokul pic.twitter.com/9J8ehlgTDM
— Unikal.az (@UnikalOrgPortal) April 15, 2026
