İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edib. 

"Unikal" xəbər verir ki, xəbərdarlıq TrampınHörmüz boğazının blokadaya alınması ilə bağlı bəyanatları fonunda edilib.

Açıqlamada bildirilir ki, Hörmüz boğazında pilotsuz uçuş aparatlarının köməyi ilə mövcud vəziyyətin monitorinqi həyata keçirilir, istənilən dinamika və axınlar İran Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

"İstənilən yanlış hərəkət düşməni boğazdakı ölümcül burulğanlara çəkəcək", - bəyanatda bildirilir.