Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski arasında görüş başlayıb. 

"Unikal" xəbər verir ki, liderlərin görüşü Dolmabahçe Sarayında keçirilir. 

Müzakirələrin regional inkişafları və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı son vəziyyəti əhatə etməsi gözlənilir.

Ərdoğan dünən Rusiya lideri Vladimir Putinlə telefonla danışmışdı. Zəng zamanı regional məsələlər müzakirə olunub.

Ağarza Elçinoğlu