Ermənistanın Armavir vilayətindəki Sardarapat icma məktəbinin direktoru Karine Smbatyan vəzifəsindən azad olunub. 

"Unikal" xəbər verir ki, bu barədə "Hraparak" yazıb. 

O, məktəbin "şöhrət guşəsi"ndən "Artsax (Qarabağda ləğv olunmuş separatçı rejim - red.) bayrağını" götürmədiyinə görə istefa verməli olub. 

Bildirilib ki, Armavir qubernatoru Vahram Xaçatryan şəxsən məktəbə baş çəkib. Ondan sonra separatçılığın rəmzi məktəbdən yığışdırılıb və direktor istefa verməyə məcbur olub. 

Ağarza Elçinoğlu