Ermənistanın Armavir bölgəsinin Baqramyan icmasında yerləşən Ermənistan Müdafiə Nazirliyinin təlim poliqonunda partlayış baş verib.
"Unikal" xəbər verir ki, nəticədə 29 yaşlı hərbçi həlak olub. 39 yaşlı hərbçi isə yaralanıb və hərbi hospitala yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Ölən və yaralananın şəxsiyyəti, eləcə də hadisənin baş vermə səbəbləri müəyyən edilir.
