Türkiyəyə məxsus "ALTURA" adlı neft tankerinin dəniz dronu ilə vurulduğu düşünülür.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Gəminin mühərrik bölməsində partlayış baş verib. Aidiyyəti qurumlar hadisə yerindədir", - deyə nazir qeyd edib.

A.Uraloğlu əlavə edib ki, daha dəqiq açıqlama araşdırmadan sonra veriləcək.

***09:58

Türkiyəyə məxsus "ALTURA" adlı neft tankerinin dron hücumuna məruz qaldığı bildirilir.

"Unikal" xəbər verir ki, 140 min ton neft daşıyan tanker İstanbul Boğazından 15 mil uzaqlıqda, Qara dənizdə dron hücumuna məruz qalıb.

Hücum nəticəsində gəminin bəzi hissələrində zədələnmə qeydə alınıb. 27 nəfərlik heyət üzvünün zərər görmədiyi qeyd edilir.

Qeyd edək ki, gəmi Rusiyanın Novorossiysk şəhərindən Türkiyə istiqamətində yola çıxıbmış.