ABŞ Karib hövzəsində narkotik qaçaqmalçılarına aid olduğu ehtimal edilən gəmiyə zərbə endirib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Bildirilib ki, əməliyyat martın 25-də həyata keçirilib və nəticədə 4 nəfər ölüb.

Qeyd olunur ki, gəmi narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət edirdi və kəşfiyyat məlumatlarına əsasən bu məqsədlə istifadə olunurdu.