Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "C-130 Hercules" təyyarəsinin ölkənin cənubunda qəzaya uğraması nəticəsində azı 66 hərbi qulluqçu həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə yerli "El Tiempo" qəzeti hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, həlak olanlar arasında Kolumbiya HHQ-nin 6, Milli Ordunun 58 və Milli Polisin 2 hərbi qulluqçusu var.
Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir, eyni zamanda, dörd hərbçi itkin düşmüş hesab olunur.
***
23 mart, saat 20:56
Kolumbiyada 100-dən çox əsgəri daşıyan hərbi təyyarə qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-1302 təyyarəsi Puerto Leguizamo şəhərindən qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Qəzanı müdafiə naziri Pedro Sançes təsdiqləyib.
Ölən və yaralananların sayı hazırda məlum deyil.
