Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə (HHM) sistemləri gün ərzində İran tərəfindən buraxılmış 7 ballistik raket və 16 pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri hava məkanının qismən bağlanmasını bir həftə müddətinə uzadıb.  Qeyd olunur ki, BƏƏ hava məkanı martın 30-u bazar ertəsi günü beynəlxalq vaxtla (UT) saat 12:00-dək (Bakı vaxtı ilə saat 16:00) qismən bağlı qalacaq.