Gəncədə 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində R.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Şahmurad Kazımov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

*** 20:12

Gəncədə bıçaqlanma olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Sözügedən ərazidə 1992-ci il təvəllüdlü R.Hüseynov bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. O əməliyyat edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Polis əməkdaşları tərəfindən müfaviq araşdırma aparılır.

Tural Əhmədov