İrandan Türkiyə istiqamətinə üçüncü raket buraxılıb. 

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunur ki, İrandan atılaraq Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO qüvvələri tərəfindən zərərsizləşdirilib.

***08:53

Türkiyənin Adana və Batman şəhərlərində gecəyarısı səmada naməlum obyekt görünüb.  

"Unikal" xəbər verir ki, şəhərlərdə həyəcan siqnalı verilib, bu, qısa zamanda insanlar arasında çaxnaşmaya səbəb olub. 

İddialara görə, Adanadakı İncirlik Hərbi Hava Bazasında və Batman Hava Limanı ətrafında həyəcan siqnalı verilib.

Bəzi sosial media istifadəçiləri səmada hərəkət edən və sonradan məhv edilən bir obyektin görüntülərini paylaşıblar. Paylaşımlarda obyektin İran tərəfindən atılan raket ola biləcəyi irəli sürülüb. Lakin bu iddialar hələ rəsmi olaraq təsdiqlənməyib.

Gülayə Mecid