ABŞ prezidenti Donald Tramp Müctəba Xameneinin İranın yeni Ali Lideri seçilməsindən narazılığını bildirib.
"Unikal" xəbər verir ki, Amerika lideri "Fox News"a verdiyi müsahibədə onun sülh içində yaşaya bilməyəcəyini deyib.
"Düşünmürəm ki, o, dinc yaşaya bilsin", - deyə qeyd edib.
Tramp İran rəhbərliyi ilə danışıqlar aparmağın mümkün olduğunu bildirib: "Bu mümkündür, lakin şərtlərdən asılıdır. Diqqətlə düşünsək, artıq danışmağa ehtiyac qalmayacaq kimi görünür. Amma bu mümkündür", - deyə o əlavə edib".
Ağarza Elçinoğlu
