"Fransa lideri Emmanuel Makron İranı təhdid etməklə özünü rüsvay etdi".

"Unikal" xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.  

O, Fransa liderinin İranla bağlı çıxışını rüsvayçılıq adlandırıb. 

Makron daha əvvəl Parisin Hörmüz boğazında gəmiləri müşayiət etmək planı hazırladığını bildirmişdi.  O, həmçinin bildirib ki, Fransa Şərqi Aralıq dənizində və Qırmızı dənizdə naviqasiya azadlığını təmin etməyə sadiqdir.