Bu gün İranın yeni ali rəhbəri Müctəba Xameneinin andiçmə mərasimi keçiriləcək.

"Unikal" “Fars” agentliyinə istinadla xəbər verir ki, Tehranın mərkəzindəki Azadi meydanında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Müctəba Xamenei İran Ekspertlər Şurasının qərarı ilə ölkənin yeni ali rəhbəri seçilib.

Qeyd edək ki, İranın əvvəlki ali rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də öldürülüb.