ABŞ prezidenti Donald Tramp İrana dini liderin rəhbərlik etməsinə etiraz etməyəcəyini bildirib.

"Unikal" xəbər verir ki, Trampın sözlərinə görə, İranda da "Venesuela modeli" tətbiq olunacaq. 

"Bu, Venesuelada olduğu kimi işləyəcək. Orada da gözəl bir liderimiz var. O, fantastik iş görür və burada da eyni olacaq. Mən dini liderlərə qarşı deyiləm - mən bir çox dini liderlərlə işləyirəm və onlar möhtəşəmdirlər", - deyə Tramp bildirib.