İsrail prezidenti baş nazir qarşı cinayət işləri ilə əlaqədar Benyamin Netanyahunu əfv etməlidir.

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"Bu prezident onu dərhal əfv etməlidir", - deyə Amerika lideri açıqlayıb. 

Qeyd edək ki, Netanyahu rüşvətxorluqda, fırıldaqçılıqda və etibardan sui-istifadədə, xüsusən də ölkənin ən böyük telekommunikasiya qrupu olan Bezeq-in mediada müsbət işıqlandırılması müqabilində lobbiçilik etməkdə ittiham olunur.