İraqdakı ABŞ səfirliyi bütün amerikalıları ölkəni tərk etməyə və ya mümkün qədər tez bir zamanda sığınacaq tapmağa çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın İraqdakı səfirliyinin “X” hesabında məlumat verilib.

"İraqdakı ABŞ vətəndaşlarını ölkəni mümkün qədər tez tərk etməyə və ya təhlükəsiz şərait yaranana qədər sığınacaq tapmağa çağırırıq", - məlumatda deyilir.

Səfirlik həmçinin vətəndaşları qida, su, dərman və digər zəruri şeylərlə bağlı ehtiyat tədbiri görməyə çağırıb.