Pentaqon bazar günü İranın pilotsuz təyyarəsinin hücumunda həlak olan altı amerikalı hərbçidən dördünün şəxsiyyətini müəyyən edib.

"Unikal" xəbər verir ki,  bu barədə CNN məlumat yayıb. 

"Həlak olan əsgərlər -  35 yaşlı kapitan Kodi Hork; 42 yaşlı birinci dərəcəli çavuş Noah Tietjens; 39 yaşlı birinci dərəcəli çavuş Nikol Amor və 20 yaşlı çavuş Deklan Kodidir", - KİV yazıb. 

Qeyd olunur ki, dörd nəfərin hamısı Ayova ştatındakı Ordu Ehtiyat bölməsi olan 103-cü Dəstək Komandanlığında xidmət edib.

Bazar günü baş verən hücumda həlak olan digər iki əsgərin şəxsiyyəti isə hələ müəyyən edilməyib.

Gülayə Mecid