"Əgər bu hücum bizim tərəfimizdən həyata keçirilibsə, Müharibə Nazirliyi bunu nəzərdən keçirəcək və mən sizi cavab vermələri üçün onlara yönləndirəcəyəm."

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Minabda qızlar məktəbinin bombalanması barədə verilən suala cavabında deyib. 

O, hücumda 160-dan çox insanın öldüyü barədə məlumatlarla bağlı ABŞ qüvvələrinin məktəbi qəsdən hədəf almadığını vurğulayıb: "Əgər bu baş versəydi, çox fəlakətli olardı, amma məlumatım olmadığı üçün detallar barədə danışa bilmərəm. Aydın olan odur ki, ABŞ qəsdən bir məktəbi hədəf almayıb".

Ağarza Elçinoğlu