Baş nazir Benyamin Netanyahunun ofisi İran tərəfindən raket hücumuna məruz qalmayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan mayoru Anna Ukolova məlumat yayıb. 

O, bildirib ki, İran tərəfinin bu açıqlamaları uydurmadır. 

"Tehran həqiqətə uyğun olmayan məlumatlar dərc etməsi ilə tanınır. Çox vaxt mediada yer alan İİKK-nın hesabatları ilə reallıq arasında heç bir əlaqə olmur".

İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl  İranın Netanyahunun ofisinə zərbə endirdiyini və onun taleyinin hələ də məlum olmadığını bildirmişdi.

***14:11

İran bu səhər İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (İİKK) məlumat yayıb. 

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib. 

İsrail Müdafiə Qüvvələri bildirib ki, SEPAH-ın Netanyahunun ofisinə hücum iddiası yalandır.

Gülayə Mecid