"ABŞ 9 İran hərbi-dəniz gəmisini məhv edərək batırıb".

"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"Az əvvəl mənə məlumat verildi ki, biz doqquz İran hərbi-dəniz gəmisini zərərsizləşdirərək batırmışıq", - deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, batırılan gəmilərdən bəziləri nisbətən iri olub və mühüm əhəmiyyət daşıyıb.

"Qalanlarını təqib edirik - tezliklə onlar da dənizin dibində olacaq", - deyə ABŞ prezidenti əlavə edib.

Bundan başqa, Tramp ayrıca zərbə nəticəsində İranın hərbi-dəniz qüvvələrinin qərargahının ciddi şəkildə dağıdıldığını da açıqlayıb.

XXX

21:45

ABŞ hərbi qüvvələri İran Hərbi Dəniz Qüvvələrinə məxsus "Cəməran" sinifli gəmini vurub.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, İranın "Cəməran" tipli korveti "Epik qəzəb" əməliyyatının əvvəlində ABŞ Silahlı Qüvvələri tərəfindən hədəfə alınıb. Bildirilir ki, hazırda gəmi Çabahar limanı yaxınlığında, Oman körfəzində batmaqdadır.